Rusiya Almaniya, Leypsiq-Halle hava limanı, partlayıcı yüklü PUA, Sergey Lavrov, Almaniya-Rusiya gərginliyi, Böyük Britaniya Rusiya, Rus Evi, Höte İnstitutu
Dünya

Avropa-Rusiya xəttində partlayıcı yüklü PUA gərginliyi artır: qarşılıqlı sərt açıqlamalar

Bugun.tv xəbər verir ki, Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı maddə daşıdığı ehtimal edilən pilotsuz uçuş aparatının aşkarlanmasından sonra Avropa ilə Rusiya arasında diplomatik gərginlik daha da dərinləşib.

Hadisə avqustun 4-də Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında pilotsuz uçuş aparatının aşkarlanması ilə gündəmə gəlib. ABŞ kəşfiyyatının PUA-nın Rusiya hərbi kəşfiyyatına xas xüsusiyyətlər daşıdığını bildirməsindən sonra Almaniya hadisəyə görə Rusiyanı birbaşa məsul tutub.

Berlinin qərarlarına Moskva sərt reaksiya verib. Almaniya hadisə ilə əlaqədar Rusiyaya qarşı diplomatik tədbirlər görərək Bonn şəhərindəki Rusiya Baş Konsulluğunun sentyabrın 18-dən etibarən bağlanacağını və Berlində fəaliyyət göstərən “Rus Evi” ilə bağlı müqavilənin ləğv ediləcəyini açıqlayıb.

Moskva isə ittihamları “uydurma və əsassız” adlandırıb və Berlinin iddialarını təsdiqləyən heç bir konkret sübut təqdim etmədiyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Almaniyanın atdığı addımlara qarşılıq veriləcəyini açıqlayıb. O, Berlindəki “Rus Evi”nin bağlanmasına cavab olaraq Rusiyada fəaliyyət göstərən Höte İnstitutunun Moskva, Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının fəaliyyətinə xitam veriləcəyini bildirib.

Lavrov Avropanın Rusiyanı düşmən kimi qəbul etdiyini deyərək, Moskvanın Avropadan təcrid olunmaq istəmədiyini, lakin Avropanın Rusiyadan uzaqlaşdığını bildirib.

Gərginlik Böyük Britaniyaya da yayılıb. London Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq Leypsiqdəki hadisəni sərt şəkildə pisləyib və Almaniya ilə tam həmrəy olduğunu açıqlayıb.

Moskva isə Böyük Britaniya və digər Avropa ölkələrinin yeni addımlarının cavabsız qalmayacağını bildirərək mümkün qarşı tədbirlər barədə xəbərdarlıq edib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Mərakeşdə seçkiyə günlər qalmış hakim koalisiya daxilində qarşıdurma artır

Aynur Camal

Panama kanalı su çatışmazlığı səbəbindən gəmilərin keçidini məhdudlaşdırır

Aynur Camal

Niderland ABŞ-dakı qızıl ehtiyatlarından 10 milyard dollarını ölkəyə gətirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu