DünyaTexnologiya

Avropa şirkətləri robototexnika və fiziki süni intellekt sahəsində rəqabət aparmağa hazırdır

Avropanın aparıcı mikrosxem istehsalçılarının rəhbərləri regionun robototexnika və fiziki süni intellekt sahəsində ABŞ və Asiya şirkətləri ilə rəqabət aparmaq potensialına malik olduğunu bildiriblər.

Bugun.tv xəbər verir ki, bu barədə Infineon, STMicroelectronics və NXP şirkətlərinin rəhbərləri noyabrın 9-da Almaniyanın Münhen şəhərində keçirilən sənaye toplantısında danışaraq bildiriblər. Onların fikrincə, Avropanın avtomobil və sənaye texnologiyaları sahəsindəki təcrübəsi bu istiqamətdə mühüm üstünlük yaradır.

Fiziki süni intellekt süni intellekt texnologiyalarının robotlarda, avtomobillərdə və sənaye avadanlıqlarında tətbiqini nəzərdə tutur. Bu sistemlərin real mühitdə təhlükəsiz və dəqiq işləməsi üçün güclü mikrosxemlər, sensorlar və idarəetmə qurğuları tələb olunur.

Infineon şirkətinin rəhbəri Yochen Hanebek fiziki süni intellektin Avropa üçün mühüm strateji istiqamət olduğunu vurğulayıb. STMicroelectronics-in rəhbəri Jan-Mark Şeri isə robotların işə başlamazdan əvvəl süni intellektlə yaradılmış simulyasiya mühitlərində öyrədilməsinin əhəmiyyətini qeyd edib.

Artıq İtaliyanın Oversonic şirkətinə məxsus humanoid robotlardan biri STMicroelectronics-in Maltadakı yarımkeçirici zavodunda sınaqdan keçirilir. Bununla belə, mütəxəssislər bu cür layihələrin hələ ilkin mərhələdə olduğunu və robotların fabriklərdə geniş istifadəsinin qarşıda duran hədəf sayıldığını bildirirlər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Ər-Riyada yönələn raketləri zərərsizləşdirib

Aynur Camal

Dəstəmaz suyundan bağçaların suvarılmasında istifadə olunur

Aynur Camal

ÜST qida məhsullarının tərkibinə dair yeni yanaşma təklif edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu