Avropada davam edən rekord meşə yanğınları ilə mübarizə həlledici mərhələyə daxil olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, güclü küləklər və yeni istilik dalğası səbəbindən yanğınların tam nəzarət altına alınması üçün cəmi bir neçə gün vaxt qalıb.
Məlumata görə, ən ağır vəziyyət Fransa və İspaniyada müşahidə olunur. İspaniyada bu il indiyədək təxminən 70 min hektar meşə sahəsi yanıb. Fransada isə alov Bordo yaxınlığındakı geniş meşə massivlərinə yayılıb və minlərlə insan təhlükəsizlik məqsədilə təxliyə edilib.
Avropa İttifaqının mülki müdafiə xidmətləri müxtəlif ölkələrdən yanğınsöndürən təyyarə və helikopterləri bölgəyə cəlb edib. Bununla yanaşı, sinoptiklər yaxın günlərdə temperaturun yenidən yüksələcəyini və güclü küləyin alovun yayılmasını sürətləndirə biləcəyini bildirirlər.
Mütəxəssislərin fikrincə, qarşıdakı bir neçə gün yanğınların lokallaşdırılması baxımından həlledici olacaq. Əks halda, alovun daha geniş ərazilərə yayılması və yeni təxliyələrin aparılması zərurəti yarana bilər.
Mənbə: Mail.ru
