Baş xəbərDünya

Avstraliya, ABŞ və Böyük Britaniya AUKUS nüvə sualtı qayıq planlarını təqdim etdi

Bugun.tv xarici KİV-nin verdiyi məlumata əsasən bildirir ki, Asiya-Sakit Okean bölgəsində Çinə qarşı çıxmaq üçün ABŞ-Böyük Britaniya-Avstraliya təhlükəsizlik paktının bağlanmasından 18 ay sonra yenidən liderlər görüşüb.

ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Avstraliyanın baş naziri Entoni Albanese birgə bəyanatda bildiriblər ki, 2030-cu illərin əvvəllərinə nəzərdə tutulan ilkin razılaşmadan sonra Avstraliyanın da daha iki nüvə sualtı qayığı almaq imkanı olacaq.

Bu bağlanan təhlükəsizlik sazişi üç ölkənin Pekinin artan hərbi gücünə və Asiya Sakit Okean regionunda getdikcə daha iddialı varlığına cavab vermək üçün davam edən səylərinin bir hissəsidir.

Eyni zamanda bu əməkdaşlıqla onlar süni intellekt imkanları, hipersəs silahları və digər qabaqcıl texnologiyalarını yaratmaqla Çini rəqabətdə keçmək istəyirlər.

ABŞ, Böyük Britaniya və Avstraliya liderləri ilk Asiya Sakit Okean üçün təhlükəsizlik paktı çərçivəsində Avstraliyanın nüvə sualtı qayıqlarını necə əldə edəcəyi ilə bağlı daha ətraflı məlumat veriblər.

“Azad və açıq” Hind Sakit okeanını qorumağa yönəlmiş AUKUS müqaviləsinə əsasən, Avstraliya üç Amerika nüvə sualtı qayığı alacaq. San Dieqodakı Loma Dəniz Bazasından danışan Bayden anı belə adlandırdı: “Tarixdə bir dönüş nöqtəsi, burada çəkindirmənin gücləndirilməsi və sabitliyin təşviqi zəhmətinin gələcək onilliklər üçün sülh perspektivinə təsir göstərəcək”.

Eyni zamanda Böyük Britaniya növbəti iki il ərzində “həyati vacib sursat ehtiyatlarını artırmaq və gücləndirmək, Böyük Britaniyanın nüvə müəssisəsini modernləşdirmək və AUKUS sualtı proqramının növbəti mərhələsini maliyyələşdirmək” üçün 6 milyard dollarlıq əlavə hərbi maliyyə vəsaiti ayıracağını elan edib.

Aynur Camal

Oxşar xəbərlər

Nvidia, Run:ai-nin alınması üçün Avropa İttifaqından icazə alır

Aynur Camal

Paytaxtda döyüşə yararlı tank mərmisi aşkarlanıb-VİDEO

Nigar Məmmədova

DİN məlumat yaydı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu