13 C
Baku
22 Aprel 2026, 13:09
Digər

Avstraliyada aviaşirkət qanunsuz ixtisarlara görə 58 milyon dollar cərimələndi

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, bu məbləğ şirkətin artıq keçmiş əməkdaşlarına ödəməyi qəbul etdiyi 77 milyon ABŞ dolları kompensasiyaya əlavə olaraq tətbiq olunub. Hakim Maykl Li qərarda 2020-ci ilin sonlarında 1820 baqaj daşıyıcısı və təmizlikçi işçisinin ixtisarını Avstraliya əmək qanunvericiliyinin 120 illik tarixində ən böyük və ən ciddi pozuntu adlandırıb. Beş il davam edən hüquqi mübarizəni aparan Nəqliyyat İşçiləri İttifaqı cərimənin təxminən 32 milyon ABŞ dollarını alacaq. Qalan məbləğin hara yönləndiriləcəyi isə sonradan müəyyən ediləcək. İttifaq bəyan edib ki, bu qərar işçilərə qarşı qanunsuz rəftar edən işəgötürənlərə ciddi xəbərdarlıqdır.

Bugün TV

Oxşar xəbərlər

İran qüvvələri Oman dənizində konteyner gəmisinə atəş açdı

Aynur Camal

Kurskda yaşayış binası yaxınlığına pilotsuz uçuş aparatı düşdü, təxliyə aparıldı

Aynur Camal

Özbəkistan MAX messencerinin xaricdə istifadəsində lider oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu