27 C
Baku
18 İyun 2025, 19:21
Dünya

Daşqınlar nəticəsində ölənlərin sayı 4-ə çatdı

Avstraliyanın ən sıx məskunlaşdığı ştatı olan Yeni Cənubi Uelsin orta-şimal sahillərində və kənd yerlərində üç gündür davam edən leysan yağışların səbəb olduğu daşqınların sayı getdikcə ağırlaşır. Yeni Cənubi Uels Fövqəladə Xidmətləri (SES) iki nəfərin avtomobillərinin sel sularında qalması nəticəsində öldüyünü, ölənlərin ümumi sayını dördə çatdırdığını, bir nəfərin isə itkin düşdüyünü açıqladı. Bildirilib ki, daşqın səbəbindən təxminən 50 min nəfər qapalı qalıb, son 24 saatda 177 xilasetmə əməliyyatı aparılıb. Avstraliya Meteorologiya Bürosu, təxminən 4 ayda görülən yağışın 3 gündə meydana gəldiyini bildirdi. Axşam saatlarından başlayaraq yağıntının intensivliyinin azalacağı bildirilib.

Avstraliyanın baş naziri Entoni Albanese daşqınlardan ən çox zərər çəkən şəhərlərdən biri olan Tariyə planlaşdırılan səfərini ləğv edib. “Biz getməyə çalışdıq, ancaq şəraitə görə bu mümkün olmadı. Əminəm ki, insanlar bunu anlayacaqlar. Amma bizim düşüncələrimiz bu anda qapalı qalanlarladır. Biz çox açıq şəkildə bildirmək üçün buradayıq ki, siz tək deyilsiniz”, – Baş nazir Albanese Meytlendin Hunter qəsəbəsində jurnalistlərə bildirib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya və İngiltərə arasında casus böhranı

Aynur Camal

Bolqarıstan 30 faiz azalan əhalisini qorumaq üçün yollar axtarır

Aynur Camal

Anbarın damı uçdu, 14 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu