Avstraliya, Milad adası, qırmızı xərçənglər, xərçənglərin köçü, təbiət hadisəsi, okean, heyvanların çoxalması, vəhşi təbiət
Baş xəbərMaraqlı faktlar

Avstraliyada milyonlarla qırmızı xərçəng sahilə doğru köç edir

Bugun.tv xəbər verir ki, Avstraliyanın Milad adasında milyonlarla qırmızı quru xərçəngi illik köçünə başlayıb. Meşələrdən okean sahillərinə doğru hərəkət edən xərçənglər yolları və xüsusi hazırlanmış keçidləri qırmızı rəngə boyayaraq qeyri-adi mənzərə yaradıb.

“Euronews”un noyabrın 16-da yayımladığı görüntülərə görə, köç noyabrın 14–15-də daha intensiv xarakter alıb. Yağışlı mövsümün başlaması ilə hərəkətə keçən xərçənglər çoxalmaq və yumurtalarını okeana buraxmaq üçün sahilə doğru irəliləyirlər.

Bu təbiət hadisəsi hər il baş verir və milyonlarla xərçəngin iştirakı ilə həyata keçirilir. Onların hərəkəti yağıntıların miqdarı və Ayın dövrləri ilə əlaqəlidir. Xərçənglər yumurtalarını suya buraxmaq üçün uyğun qabarma-çəkilmə şəraitini gözləyirlər.

Avstraliya Milli Parklar İdarəsi bu miqyaslı köçə əvvəlcədən hazırlaşır. Heyvanların avtomobillərin altında qalmaması üçün yolların bir hissəsi bağlanır, xüsusi körpülər, keçidlər və istiqamətləndirici maneələr quraşdırılır.

Milad adasının qırmızı xərçənglərinin illik köçü dünyanın ən qeyri-adi təbiət hadisələrindən biri hesab olunur.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Okeanın 2442 metr dərinliyində “Qəribəliklər meşəsi” aşkarlanıb – alimləri heyrətləndirən sualtı dünya

Aynur Camal

İki yeni ulayan meymun növü müəyyən edildi

Aynur Camal

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu