26 C
Baku
10 Sentyabr 2026, 16:44
Baş xəbərDünya

Avstraliyanın bir şəhəri yaxınlığındakı çayda milyonlarla balıq ölüb-VİDEO

Avstraliyada bu həftə Broken Hill yaxınlığındakı Menindee Weir hovuzunda çoxlu ölü balıqların üzdüyünü göstərən video ortaya çıxıb.

Bugun.tv-i xəbər verir ki, bu barədə CNN -filialı olan 9News yazıb.

İlkin Sənaye Departamentinin (DPI) məlumatına görə,  isti hava səbəbindən çay qalxıb, və nəticədə daşqın düzənliyindən qida və üzvi maddələrlə yanaşı, sazan və sümüklü siyənək də daxil olmaqla, “əhəmiyyətli həcmdə” balıq növləri məhv olublar.

“Bu balıq ölümləri, daşqın suları azaldıqca suda oksigen səviyyəsinin aşağı olması (hipoksiya) ilə əlaqədardır”- məlumatda yazılıb.

İqlim dəyişikliyi pisləşdikcə və qlobal temperatur yüksəlməyə davam etdikcə Avstraliyada da isti dalğalar daha tez-tez intensivləşir. Mütəxəssislər və dövlət qurumları Avstraliyada həddindən artıq yağış və istilərdə daha təhlükəli hadisələrin, yanğınların ola biləcəyini öncədən xəbərdarlıq ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya yeni sürətli dronlarla Ukraynanın hava hücumundan müdafiəsini çətin vəziyyətə salır

Aynur Camal

Şirkətlər arasında “Marsol Minifutbol Turniri 2026” keçiriləcək – qeydiyyat başladı

Aynur Camal

Səudiyyəli fotoqraf: “Akademik sertifikatlar insana bədii baxış qazandırmır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu