16.7 C
Baku
18 May 2025, 5:35
Baş xəbərSiyasət

Avstriya Prezidenti Azərbaycan İcmasının Pasxa təbrikinə səmimi cavab ünvanladı

Bugun.tv -xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Azərbaycan icması Pasxa bayramı münasibətilə Avstriya Respublikasının Prezidenti cənab Alexander Van der Bellenə rəsmi təbrik məktubu ünvanlayıb.

Məktubda Pasxa bayramının sülh, ümid və yenilənmə kimi bəşəri dəyərləri təcəssüm etdirdiyi vurğulanıb, Prezidentə və Avstriya xalqına sağlamlıq, rifah və qarşılıqlı hörmətə əsaslanan bir bayram arzulanıb. Avstriyada yaşayan azərbaycanlılar adından cənab Van der Bellene həmrəyliyin və dostluğun ifadə olunduğu mesaj çatdırılıb, mədəniyyətlərarası dialoqa və dinc birgəyaşayışa verilən yüksək önəm xüsusi qeyd edilib. Avstriya Prezidenti Alexander Van der Bellen göndərilən təbrikə böyük hörmətlə cavab verib. Prezidentin Administrasiyası tərəfindən göndərilən rəsmi məktubda Azərbaycan icmasının xoş sözlərinə və bayram təbriklərinə görə təşəkkür ifadə olunub. Federal Prezident, Azərbaycan icmasının üzvlərinin də Pasxa bayramını gözəl qeyd etdiklərinə ümid etdiyini bildirib və icmaya, eləcə də onun rəhbərliyinə ən səmimi arzularını çatdırıb.

“Bu qarşılıqlı təbrik və ehtiram, Avstriya cəmiyyətində yaşayan müxtəlif xalqlar arasında dostluğun və qarşılıqlı anlayışın dərinləşdiyinin bariz nümunəsidir. Avstriyada fəaliyyət göstərən Azərbaycan icması bir daha mədəniyyətlərarası əlaqələrin inkişafına və Avstriya-Azərbaycan dostluğunun möhkəmlənməsinə öz töhfəsini verdiyini nümayiş etdirib” – deyə Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov moderator.az saytına bildirib.

 

Aynur Camal

Oxşar xəbərlər

Çinin kosmos macərası davam edir: İki yeni peyk buraxıldı

Aynur Camal

ABŞ-yə məxsus F-16 təyyarəsi Sarı dəniz üzərində qəzaya uğradı

İntizar Əmirova

1-ci ildönümü ilə bağlı mesaj: Sülh hərbi yolla əldə edilə bilməz

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu