25 C
Baku
23 İyun 2025, 13:26
Dünya

Avstriya yaşı 18-dən aşağı olanlar və əmiuşağı arasında nikahları qadağan etməyə hazırlaşır

Avstriya hökuməti hazırkı evlilik yaşını 16-dan 18-ə qaldırmaq və əmioğlular arasında nikahları qadağan etmək üçün hərəkətə keçib. Ölkədə uzun müddətdir gündəmdə olan 18 yaşından kiçik nikahların qadağan edilməsi və əmioğlular arasında nikahların dayandırılması təklifi Nazirlər Kabinetində qəbul edilib.

Ədliyyə naziri Anna Şporrer mətbuata verdiyi açıqlamada, uzun müddətdir düşünülən qadağaların həyata keçirilməsi üçün hərəkətə keçildiyini, əmiuşağı və 18 yaşından kiçiklərin nikahını qadağan edən qanun layihəsinin parlamentin alt komitəsinə göndəriləcəyini və tənzimləmənin Milli Məclisdə səsvermədən sonra 2025-ci ilin avqustunda qüvvəyə minməsinin gözlənildiyini bildirib.

Ailə, inteqrasiya və Avropa naziri Klaudiya Plakolm da bundan sonra 18 yaşdan yuxarı insanların ailə qurmasına icazə verəcək yeni tənzimləmənin uşaq nikahlarının qarşısının alınması üçün əhəmiyyətli bir addım olduğuna diqqət çəkərək, “Biz hesab edirik ki, 16 yaşındakı uşaq nikah bürosunda deyil, məktəbdə olmalıdır” deyib.

Söz mövzusu qanun layihəsinin qüvvəyə minməsi ilə əmioğlu kimi yaxın qohumların evlənməsinə icazə verilməyəcək.

Bu arada, Avstriya Statistika İnstitutunun məlumatlarına görə, qanun layihəsi ilə müraciət edənlərin sayı çox azdır.

Qurum, 2015-ci ildə cütlüklərdən ən az birinin 18 yaşından kiçik olduğu 50 hadisənin qeydə alındığı, 2024-cü ildə isə bu rəqəmin 6-ya düşdüyü barədə məlumat paylaşıb.

Avstriyada mövcud qaydalara görə, 16 yaşındakı gənclərə onların qəyyumluğunu öz üzərinə götürən şəxslərin icazəsi və ekspertlərin razılığı ilə evlənməyə icazə verilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukraynada hərbi təlim mərkəzi vuruldu

Aynur Camal

Restoranın bağçasına daxil olan ayı stolun üstündəki konfetləri yedi

Aynur Camal

120 gün su altında yaşadı! O, adını Ginnesin Rekordlar Kitabına yazdırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu