13 C
Baku
20 Aprel 2026, 18:13
Digər

Avstriyada satılan uşaq qidasında siçan zəhəri aşkarlanıb

Avstriyada supermarketdə satılan uşaq qidasında təhlükəli maddə aşkarlanıb. Rəsmi açıqlamaya görə, Almaniya mənşəli məhsulda siçan zəhəri izləri tapılıb və bu səbəbdən əhali üçün təcili xəbərdarlıq edilib.

Burgenland Eyalət Polis İdarəsi tərəfindən verilən məlumata görə, Almaniyada aparılan araşdırmalar çərçivəsində Avstriya qurumları məlumatlandırılıb və şübhəli məhsulların ölkə bazarında da ola biləcəyi ehtimal edilir.

Polis vətəndaşlara müraciət edərək, satışda olan bəzi uşaq qidalarının zəhərli ola biləcəyi barədə xəbərdarlıq edib. Bildirilir ki, Schützen am Gebirge qəsəbəsində “yerkökü və kartof” tərkibli uşaq qidası qabı müsadirə olunub. Məhsulun istifadə edilmədiyi və sonradan müdaxilə olunduğu güman edilir.

Araşdırmalar göstərib ki, oxşar işarələnmiş məhsullar ÇexiyaSlovakiya ərazilərində də aşkarlanıb. Aparılan analizlər nəticəsində həmin məhsullarda siçan zəhərinin olduğu təsdiqlənib.

Mütəxəssislər bildirir ki, zəhərlənmiş məhsullar xarab və ya qeyri-adi qoxu ilə seçilə bilər. Eyni zamanda qablaşdırmada bəzi şübhəli əlamətlərə diqqət yetirmək tövsiyə olunur:

  • qabın altında qırmızı dairəli ağ etiketin olması
  • qapağın zədələnmiş və ya əvvəllər açılmış görünməsi
  • açılarkən təhlükəsizlik səsinin eşidilməməsi
  • qeyri-adi və ya pis qoxu yayılması

Hadisədən sonra supermarket şəbəkələri ehtiyat tədbiri olaraq Almaniya istehsalı olan bütün uşaq qidalarını satışdan geri çəkib.

İstehsalçı şirkət isə açıqlamasında bildirib ki, məhsullara istehsal mərhələsində deyil, sonradan kənar müdaxilə edilmiş ola bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Kremlin sözçüsü Dmitriy Peskov: ABŞ – İran danışıqlarının davam edəcəyinə ümid edirik

Aynur Camal

Nikol Paşinyan: “Qarabağ məsələsini bağlayırıq”

Aynur Camal

Məhəmməd Əsədullazadə: İslamabadda ikinci raund danışıqlar regionda gərgin fon yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu