Cənubi Koreya, avtobus qəzası, Seongnam, Bundang, zəncirvari qəza, 57 yaralı, yol qəzası, Reuters
Hadisə

Avtobus 31 avtomobillə toqquşdu: 59 nəfər xəsarət aldı

Bugun.tv xəbər verir ki, Cənubi Koreyanın Seongnam şəhərində sərnişin avtobusu 31 nəqliyyat vasitəsi ilə toqquşaraq zəncirvari qəzaya səbəb olub. Hadisə nəticəsində 57 nəfər xəsarət alıb.

Reuters agentliyinin noyabrın 11-də yaydığı məlumata görə, qəza səhər saatlarında şəhərin Bundang rayonunda baş verib. Yerli vaxtla saat 07:34-də hərəkət edən avtobus əvvəlcə işıqfor qarşısında dayanan avtomobillərə çırpılıb, daha sonra yolun ortasındakı ayırıcı səddə dəyərək dayanıb.

Qəza ümumilikdə 32 nəqliyyat vasitəsini əhatə edib. Onların arasında dörd avtobus, bir yük maşını və 27 minik avtomobili olub.

Cənubi Koreyanın Milli Yanğın Agentliyinin məlumatına əsasən, yaralananlardan doqquzunun vəziyyəti ağır, 48 nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir. Xəsarət alanların heç birinin həyatının təhlükədə olmadığı bildirilib.

Avtobusun sürücüsü polisə əyləclərin işləmədiyini deyib. Hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Polis qəza ilə bağlı avtobusun bort kamerasının qeydlərini və ərazidəki müşahidə kameralarının görüntülərini araşdırmağı planlaşdırır.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma başladıldı, beş nəfər saxlanıldı

Aynur Camal

Türkiyədə dəmir-polad zavodunda partlayış: 16 nəfər həlak oldu

Aynur Camal

Güclü külək ağacı aşırdı – avtomobil yararsız hala düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu