12 C
Baku
25 Aprel 2025, 6:57
Digər

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü saxlanıldı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbir nəticəsində rayon sakini Şahin Fətullayev idarə etdiyi “Kamaz” markalı avtomobillə yol hərəkəti qaydasını pozduğuna görə saxlanılıb.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, o narkotikin təsiri altında avtomobili idarə etməkdə şübhəli olduğundan müvafiq ekspertizadan keçirilib. Ekspertizanın nəticəsinə əsasən onun marixuana qəbul edərək sükan arxasına əyləşdiyi məlum olub. Ş.Fətullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən inzibati qaydada 8 gün müddətinə həbs edilib, eləcə də 400 manat miqdarında inzibati tənbeh tədbirinə də cəlb olunub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Körpülər, binalar və abidələr “narıncı” rəngə çevriləcək

Bugün TV

İslamdan müqəddəslik almış dövrünün müasir qadınları

Bugün TV

Sony 10 ildən sonra dünyaya necə baxdığını göstərdi (video)

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu