Yaponiyada sürücüləri xüsusi narahat edən yeni tənzimləmə tətbiq edilib. Yaşlı sürücülər artıq avtomobillərinin üzərindəki stiker olmadan yola buraxılmayacaqlar.
Dünya miqyasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılmaqdadır. Bu kontekstdə Yaponiya hökuməti sürücüləri yaxından maraqlandıran yeni siyasət həyata keçirib.
Bu yeni siyasətə əsasən, yaşı 75-dən yuxarı olan sürücülərdən artıq avtomobillərinə yaşlı sürücü statusunu göstərən stiker yapışdırmaq tələb olunur.
Bu stiker olmayan sürücülərin avtomobil idarə etməsinin qadağan olunduğu vurğulanıb.
Yeni qayda ilə yaşı 75-dən yuxarı olan sürücülər avtomobillərinin həm qabaq, həm də arxa hissəsində yaşlı sürücü olduqlarını bildirən xüsusi işarə qoymalıdırlar.
“Times”də çıxan xəbərə görə, bu tədbir reflekslərin itirilməsi, görmə pozğunluğu və diqqət çatışmazlığı kimi yaşla artan riskləri azaltmaq məqsədi daşıyır.
Bundan əlavə, artıq yaşlı şəxslər sürücülük vəsiqəsinin yenilənməsi prosesi zamanı daha ciddi yoxlamalara məruz qalırlar. Bu yoxlamalara sükan arxasında sürücülərin təhlükəsizliyini müəyyən etmək üçün koqnitiv testlər və sağlamlıq qiymətləndirmələri daxildir.
Mənbə: EnSonHaber