Baş xəbərDünya

Kraliça Elizabetin helikopteri satışa çıxarıldı!

 Vertolyotun tələb olunan qiyməti göz oxşayır.

İngiltərə kralı III Çarlz tarixə şahidlik etmiş ikonik avtomobili kolleksiyaçılara və həvəskarlara təqdim edərək kral qarajının qapılarını rəsmən açıb.

2022-ci ildə vəfat edən Kraliça II Yelizavetaya məxsus qırmızı səkkiz sərnişinlik “Sikorsky” helikopteri və xüsusi hazırlanmış “Range Rover L322” artıq satışa çıxarılıb.

Kraliçanın uzun illər həm rəsmi, həm də şəxsi səyahətləri üçün istifadə etdiyi helikopterin reklamında onu “birinci əl dövlət təyyarəsi” kimi təsvir edir.

Bu gün dəyəri 8,5 milyon funt-sterlinqə çatan bu əlamətdar təyyarə yeni, ekoloji cəhətdən təmiz Leonardo helikopteri ilə əvəz olunacaq. Kral ailəsinin yaşıl çevrilmə planlarının bir hissəsi olan bu qərar texnologiya və tarix həvəskarlarını həyəcanlandırıb.

5 MİLYON £-a SATIŞI PLANLANIB

Satışa çıxarılan helikopterdə boz dəri və zamşa oturacaqları olan kral mavi xalça var.

Rənglənmiş pəncərələri, jurnal və qəzet rəfi, simsiz telefon və taxta saatı da olan helikopterin 5222 saat işlədiyi bildirilir.

Siyahıda olan helikopterin 5,7 milyon avroya, təxminən 5 milyon funta satılacağı gözlənilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Rusiya Ermənistanın məşhur mineral su markasını qadağan etdi

Aynur Camal

Ukrayna İsveçdən Gripen döyüş təyyarələri aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu