26 C
Baku
14 Sentyabr 2026, 11:39
Dünyaİdman

Avtomobilində stiker olmayanlara sürücülük qadağan olunacaq!

Yaponiyada sürücüləri xüsusi narahat edən yeni tənzimləmə tətbiq edilib. Yaşlı sürücülər artıq avtomobillərinin üzərindəki stiker olmadan yola buraxılmayacaqlar.

Dünya miqyasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılmaqdadır. Bu kontekstdə Yaponiya hökuməti sürücüləri yaxından maraqlandıran yeni siyasət həyata keçirib.

Bu yeni siyasətə əsasən, yaşı 75-dən yuxarı olan sürücülərdən artıq avtomobillərinə yaşlı sürücü statusunu göstərən stiker yapışdırmaq tələb olunur.

Bu stiker olmayan sürücülərin avtomobil idarə etməsinin qadağan olunduğu vurğulanıb.

Yeni qayda ilə yaşı 75-dən yuxarı olan sürücülər avtomobillərinin həm qabaq, həm də arxa hissəsində yaşlı sürücü olduqlarını bildirən xüsusi işarə qoymalıdırlar.

“Times”də çıxan xəbərə görə, bu tədbir reflekslərin itirilməsi, görmə pozğunluğu və diqqət çatışmazlığı kimi yaşla artan riskləri azaltmaq məqsədi daşıyır.

Bundan əlavə, artıq yaşlı şəxslər sürücülük vəsiqəsinin yenilənməsi prosesi zamanı daha ciddi yoxlamalara məruz qalırlar. Bu yoxlamalara sükan arxasında sürücülərin təhlükəsizliyini müəyyən etmək üçün koqnitiv testlər və sağlamlıq qiymətləndirmələri daxildir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İndoneziyada sərnişin bərəsi aşıb: 130 nəfər itkin düşdü

Aynur Camal

Şimali Koreya raket və dronlarla genişmiqyaslı hərbi təlim keçirib

Aynur Camal

Səudiyyə Ərəbistanının əsas neft kəmərinə dron hücumu: qlobal təchizat təhlükə altında

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu