12 C
Baku
30 Aprel 2026, 23:34
Digər

Axios: ABŞ hərbi rəhbərliyi Trampa İranla bağlı yeni planlar barədə brifinq verəcək

ABŞ-ın yüksək rütbəli hərbi komandanlarının İran və İsrail ilə gərginlik fonunda yeni hərbi variantlarla bağlı ABŞ Prezidenti Donald Trump-a bu gün brifinq təqdim edəcəyi iddia olunub.

Axios platformasının məlumatına görə, ABŞ Baş Qərargah rəisi Dan Caine və Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri Brad Cooper Trampa hərbi vəziyyət və mümkün əməliyyat ssenariləri barədə məlumat verəcəklər.

Məlumata əsasən, brifinqdə İran əleyhinə mümkün hərbi planlar müzakirə olunacaq. Ssenarilər arasında İranın infrastruktur hədəflərinə yönəlmiş genişmiqyaslı hücumların hazırlanması da yer alır.

Həmçinin iddia edilir ki, CENTCOM müzakirələrdəki dalanı aşmaq üçün İran ərazisinə qarşı yeni hərbi addımlar planlaşdırır.

Digər bir variant isə Hörmüz boğazının bir hissəsinin “nəzarət altına alınması” və ticarət fəaliyyətinə açılmasıdır. Bu əməliyyatın hətta quru qoşunlarını da əhatə edə biləcəyi bildirilir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Körfəz ölkələrinin İrana münasibəti düşmənçilik xarakteri daşıyır”

Aynur Camal

Süni intellekt fizikada yeni qanunauyğunluqlar aşkar edib

Aynur Camal

Alimlər superkeçiricilərdə “kvant rəqsi” aşkar etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu