19 C
Baku
16 Aprel 2024, 19:48
Digər

Aydın Quliyev: “Bu əfv sərəncamı Azərbaycan dövlətinin cəza siyasətinin humanistliyinin göstəricisidir”

"Bakı xəbər" Media qurumunun rəhbəri Aydın Quliyev

“Prezidentin sonuncu əfv sərəncamı bir neçə nöqteyi-nəzərdən diqqəti cəlb edir və əlamətdar hadisə kimi ifadə olunur. Bu sərəncam, Azərbaycan dövlətinin və cənab prezidentin siyasətinin humanist prinsiplərinin ardıcıl xarakter daşıdığının növbəti sübutudur. Eyni zamanda, bu sərəncamın imzalanması Azərbaycan dövlətinin cəza siyasətinin humanistliyinin göstəricisidir”.

Bu fikri Bugun.tv-yə özəl açıqlamasında politoloq Aydın Quliyev bildirib.

“Həmçinin, əfv və aministiya qərarlarının dövlət siyasətinin, hüquq siyasətinin fasiləsiz institutu kimi formalaşmaqda olduğunu göstərir. Bu əfv sərəncamı Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanıb. Ancaq biz əvvəlki illərdə şahid olurduq ki, bütün əlamətdar tarixi hadisələrdə də cənab prezidentin belə əfv sərəncamları imzalayırdı. Bu bir daha onu göstərir ki, əfv sərəncamları Azərbaycan dövlətinin cinayətkarlığa qarşı mübarizə və cəza siyasətinin humanist xarakteri zamanla dönməz forma almaqdadır”,- A.Quliyev söyləyib.

“Burada müəyyən kateqoriyada olan şəxslərin cəzasının müddətinin azaldılmasını görürük. Müxtəlif istiqamətdə müəyyən şəxslərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsininin şahidi olduq. Eyni zamanda, bu əfv sərəncamının əhatə dairəsinə düşən şəxslər say etibarı ilə də diqqəti cəlb edir. Təsadüfi deyil ki, tam əsaslarla müstəqillik dövrünün ən böyük əfv sərəncamı kimi xarakterizə olunur.

Əfv olunmuş şəxslər arasında keçmiş dövlət məmurlarını, hüquq mühafizə orqanlarının keçmiş əməkdaşlarını da görürük. Əfv sərəncamının şamil olunduğu şəxslər, cəmiyyətin müxtəlif təbəqələrini əhatə edir. Eyni zamanda bu məhkumların əfv olunması, dövlətin onlara yenidən cəmiyyətə inteqrasiya olunması üçün şans tanınmasının təzahürüdür. Cənab prezidentin yeni əfv sərəncamı Azərbaycan dövlətinin siyasətində humanizm prinsiplərinin daha möhkəm bərqərar olduğunu açıq şəkildə göstərir. Əfv olunanlar dövlət başçısının onlara münasibətdə atdığı addıma lazımi dəyəri verəcəklər. Fərqinə varacaqlar ki, humanizm prinsiplərindən doğan bu addımın mütləq nəticələri olmalıdır. Bu nəticələr hər şeydən öncə əfv olunmuş şəxslərin cəmiyyətimizə daha fəal, yaradıcı şəxslər kimi inteqrasiya olunmasının başlanğıcına çevrilməlidir. Yəni yeni əfv sərancamının təsir dairəsində olan şəxslər, dövlətin atdığı humanist addımın mahiyyətindən düzgün nəticə çıxarmalı və cəmiyyətimiz üçün daha çox faydalı olmalıdırlar. Bu əfv sərəncamını onlara verilmiş şans kimi dəyərləndirməlidirlər”, politoloq vurğulayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

3 ədəd əl qumbarası aşkar edildi

Kəmalə Sultan

Yazın dəbi nə olacaq?-MODELYERDƏN AÇIQLAMA

Kəmalə Sultan

Üç Azov silahlısı qiyabi olaraq uzun müddətə azadlıqdan məhrum edildilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu