Dünya

Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərildi

Çin bir ilkə nail olmağa çox yaxındır!

Çin Ayın qaranlıq hissəsindən nümunələr toplamaq üçün Chang’e-6 roverini kosmosa göndərdi. Çin ABŞ ilə kosmos yarışında kəşfiyyat fəaliyyətlərini davam etdirir. Chang’e-6 kosmik gəmisi “Long March-5” raketi ilə yerli vaxtla saat 17.27-də Haynan əyalətindəki Wenchanq Kosmik Aparatın buraxılış mərkəzindən kosmosa göndərilib. Kosmik gəminin raketdən ayrıldıqdan sonra Ayın orbitinə çatmasının 4-5 gün çəkəcəyi və iyunun əvvəlində Ayın səthinə enəcəyi gözlənilir.

Ümumilikdə 53 gün davam edəcək missiya çərçivəsində kosmik gəminin Ayın naməlum qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanaraq tarixdə ilk dəfə olaraq yerə qaytarılması planlaşdırılır.

Kosmik gəminin Aya endikdən sonra 2 gün ərzində 2 kiloqram nümunə toplayacağı gözlənilir. Chang’e-6 vasitəsi ilə toplanan nümunələrin elm adamlarına Ayın və Günəş sisteminin inkişafını yenidən araşdırmaqda kömək edəcəyi və Çinin Ay hədəflərini irəlilətmək üçün vacib məlumatları təmin edəcəyi düşünülür. Çin 2019-cu ildə Chang’e-4 missiyası çərçivəsində Ayın qaranlıq tərəfinə enən ilk və yeganə ölkə oldu.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya, İran, Türkiyə və Suriya müdafiə nazirləri dördtərəfli danışıqlar aparıblar

Nigar Məmmədova

FETÖ fəalı İstanbulda yaxalandı

Bugün TV

İsrail Livanın cənubuna yeni hücumlara başladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu