16.7 C
Baku
17 May 2025, 1:34
Baş xəbərSosial

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”

“Məlumdur ki, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. Ölkənin davamlı inkişafı üçün uzunmüddətli dövrdə yalnız sağlam və tarazlı iqtisadi artım möhkəm zəmin yarada bilər. İqtisadi artımın bu cür tsiklinə nail olmaq üçün isə yüksək gəlirli iş yerləri yaratmaq şərtdir”.

Bugun.tv – xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Prezident İlham Əliyevin aprelin 30-da Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olması, habelə elə həmin gün Sumqayıt Kimya Sənaye Parkında tikinti kimyəvilərinin, həmçinin yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak etməsi məhz iqtisadi artımın dayanıqlığını təmin etməyə və nəticədə həyat səviyyəsinin ilbəil yaxşılaşmasının davamlı təmininə yönəlib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyənləşdirilərkən də ifadə edildiyi kimi, iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Eyni zamanda cari konfiqurasiyanın perspektiv vəd etməsi üçün isə ənənəvi neft sektorundan qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi təmin edilməlidir. Möhtərəm Prezidentin fəaliyyəti dövründə bu istiqamətdə atılan addımlar, o cümlədən Sumqayıt və Qusardakı açılışlar iqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməsi, dövlət və özəl əməkdaşlığının güclənməsi istiqamətində mühüm addımlardır. Görünən odur ki, dövlət başçımız özəl sektorda aktivliyin daha da canlandırılması, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artırılması yolu ilə iqtisadiyyatı davamlı və yüksək templərlə inkişaf etdirməklə ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasında qətiyyətlidir”.

Aynur Camal

Oxşar xəbərlər

Donald Tramp prezident Ərdoğana tərif yağdırdı: O, çox ağıllı insandır, onu çox bəyənirəm

Aynur Camal

Paytaxta qar yağır

Bugün TV

Qayıq batdı! 94 nəfər həyatını itirdi!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu