İdman

Azərbaycan tarixində yeni rekord qeydə alınıb

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Bugun.tv xəbər verir ki,  artıq ilk rekord qeydə alınıb. Yarışa 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir. Bu günə qədər Respublika dərəcəli heç bir yarışımızda bu qədər qadın ağır atlet iştirak etməmişdi. Onlar bu gün həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən edəcəklər.

Daha bir ilk hakimliklə bağlıdır. Respublika dərəcəli ağır atletika turnirlərində ilk dəfə qadın mütəxəssis yarışın baş hakimi təyin edilib. Bu vəzifə sabiq ağır atlet, qadınlar arasında Azərbaycan çempionu, ustadlar arasında 3 qat Avropa və dünya çempionu Səbinə Rzayevaya həvalə edilib.

Şükufə Ramizqızı

Oxşar xəbərlər

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

İtaliya Futbol Federasiyası İnfantinoya dəstəyini geri çəkdi

Aynur Camal

Avropanın nəhəng futbol liqalarında yeni mövsüm başlayır: Premyer Liqa, A Seriyası və Liqa 1 nə vaxt keçiriləcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu