15 C
Baku
29 Mart 2024, 13:24
Baş xəbər

Azərbaycan Alpaqut Federasiyası 2 fevral – Gənclər Günü ilə əlaqədar tədbir keçirib

Azərbaycan Alpaqut Federasiyası 2 fevral – Gənclər Günü ilə əlaqədar Bakıda, Yunus Emre İnstitutunda baş tutan tədbirdə federasiyanın rəhbər şəxsləri, dövlət rəsmiləri, idmançılar, məşqçilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə federasiyanın prezidenti Qüdrət Nuriyev bayram münasibəti ilə gəncləri təbrik edib, eləcə də Gənclər Gününün tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra Alpaqut Turan döyüş sənəti üzrə ilin idmançısı, ilin məşqçisi və Alpaqut Turan Döyüş sənətinə dəstək olan şəxslər və qurumlar müxtəlif nominasiyalar üzrə təltif ediliblər.

Qeyd edim ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilən Gənclər Günü, Azərbaycan gəncliyinə verilən dəyərin bariz göstəricisidir. Qürur hissi ilə onu da bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyən minlərlə gənc hansı sahədə olmalarından asılı olmayaraq dövlətə və dövlətçiliyə öz töhfələrini vermək üçün səylərini əsirgəmir, ölkəmizin ictimai, siyasi, iqtisadi, mədəni həyatında aktiv iştirak edirlər. 44 günlük Vətən müharibəsində igidlik və mərdlik məktəbini ləyaqətlə keçən, döyüş meydanında nümayiş etdirdikləri şücaətləri ilə qəhrəmanlıq salnaməsi yazan müasir Azərbaycan gəncləri ölkəmizin ən böyük sərvətidir!

Nigar Məmmədova

Oxşar xəbərlər

Gözəl ənənələri ləyaqətlə davam etdirən “Mədəniyyət/Culture” jurnalı

Aynur Camal

İnşaat kranı metroya düşdü – ölənlər var

Aynur Camal

Keçmiş məhkumdan 1,5 kiloqrama yaxın narkotik vasitə götürüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu