25 C
Baku
27 İyul 2024, 4:03
Baş xəbərSiyasət

Azərbaycan-Ermənistan münasibətlərində növbəti addım nə olacaq?- ŞƏRH

Bugun.tv xəbər verir ki, ötən həftə Azərbaycan müstəqilliyinin 32-ci ilini qeyd etdi. Həm də bu il ilk dəfə müstəqilliyini,ərazi bütövlüyünü bərpa edərək qürurla qeyd etdi. Bu gün artıq Xankəndidə, Xocalıda Azərbaycan bayrağı dalğalanır. Bəs Azərbaycan-Ermənistan münasibətlərinin növbəti mərhələsi nə olacaq? Mövzu ilə bağlı ehtiyatda olan türkiyəli general Yücel Karauz Bugün.tv-ə danışdı:

 “Hərbi nöqteyi-nəzərdən 44 günlük müharibə ilə Azərbaycan öz məsələsini həll etdi. Cənab prezident İlham Əliyevin “Mənim sözüm imzadır” sözlərindən sonra  qarşı tərəfin üçtərəfli sözləşməni rədd etməsi onun tutarsızlığının göstəricisi idi.Hazırda Ermənistan bu məsələdə Qərb ünsürünə üstünlük verərək strateji ortağını dəyişdirmə mərhələsindədir ki, bu da  Cənubi Qafqazda xaosla nəticələnə bilər. Azərbaycan Qarabağda 100 min erməninin yaşaması üçün şərait yaradır. Lakin Ermənistan Qarabağda yaşayan erməniləri geri çağıraraq irəlidə onlardan başqa məqsədlər üçün istifadə etmək niyyətindədir”.

General vurğuladı ki, qarşı tərəf irəliyənən zamanda Qazağın yeddi kəndi, Naxçıvanda Kərki kəndi ilə bağlı məsələni qabarda bilər. Belə olan halda bugün Qarabağdan köçürdüyü erməniləri yenidən fərqli statusla geri qaytarmağa çalışacaqdır.

“Bu gün Cənubi Qafqaz regionu yeni bir geosiyasi gerçəklə üz-üzədir. Ermənistan bu gerçəkləri qəbul etməlidir. 3+3 formulunun şərtlərinə ayaq uydurmadan, üçtərəfli sazişin müddəlarını yerinə yetirmədən, Türkiyə və Azərbaycanla barışmadan onun regionda öz varlığını millət və dövlət olaraq sürdürmək imkanı yoxdur”,- general qeyd edib.

Sonda o bildirdi ki, Ermənistan dövləti 31 il ərzində  Azərbaycana vurduğu maddi və mənəvi ziyanın təzminatını ödəməlidir. Bir daha qeyd edirəm ki, Azərbaycan üçün məsələ hərbi açıdan bitib, siyasi və diplomatik tərəfdən isə davam edəcəkdir. Azərbaycanın yolu beynəlxalq hüquqla da təsdiqlənənhaqq yoludr.

İntizar Əmirova

Oxşar xəbərlər

Deputat Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi

Nigar Məmmədova

Silahlı hücumda iki türk işçini öldürən şübhəli həbs edildi

Aynur Camal

Narkotiklərin qanunsuz dövriyyəsinə və oğurluğa görə 18 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu