16.6 C
Baku
18 May 2025, 3:50
Baş xəbərSiyasət

“Azərbaycan geosiyasi məsələlərin müzakirə edildiyi mərkəzə çevrilir”

“Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, zərgər dəqiqliyi ilə həyata keçirdiyi diplomatiya nəticəsində Azərbaycan geosiyasi məsələlərin müzakirə edildiyi mərkəzə çevrilir. Bir müddət əvvəl Bakıda İsrail və Türkiyə nümayəndələrinin görüşünün keçirilməsi, yaxın günlərdə isə İsrail baş naziri Benyamin Netanyahu və qardaş ölkə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərləri belə deməyə əsas verir. Həm Bakıda bir müddət əvvəl İsrail və Türkiyə nümayəndə heyətləri arasında keçirilən görüş, həm də Netanyahu və Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın paytaxtında görüşə biləcəyi ilə bağlı hər iki ölkənin media subyektlərində yer alan xəbərlər həm də onu deməyə əsas verir ki, ölkəmiz təkcə yerləşdiyimiz coğrafiya deyil, eyni zamanda Yaxın Şərqdə proseslərin nizama salınması, bu regionda gərginliyin aradan qaldırılmasına öz töhfəsini verir”.

Bu fikirləri Bugun.tv-yə  Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, bu həm də Azərbaycanın təkcə regional deyil, eyni zamanda qlobal gücə çevrildiyini, Bakının mövqeyinin və barışdırıcı missiyasının dünya gücləri tərəfindən qəbul olunduğunu təsdiqləyir:

“Əgər xatirinizdədirsə, bir neçə il əvvəl paytaxtımız həmçinin Amerika və Rusiya hərbi dairələrinin görüşünün keçirildiyi şəhər kimi də diqqət çəkmişdi. Qeyd edim ki, həmin formatda Bakıda bir neçə görüş keçirildi. Bütün bunlar Azərbaycan dövlətinin dünyada, beynəlxalq aləmdə sülh, sabitlik tərəfdarı olduğunu təsdiq edən vacib məqamlardır”.

İlham Məmmədov İsrail baş nazirinin ölkəmizə nəzərdə tutulan səfərinə də diqqət çəkərək deyib ki, bu səfər Təl-Əvivlə Bakı arasında münasibətlərin daha da möhkəmlənməsi və inkişaf etməsinə təkan olacaq:

“İsrail dövləti Azərbaycanın ən yaxın dostu, tərəfdaşıdır. Təl-Əviv bunu İkinci Qarabağ Müharibəsində ölkəmizə mənəvi dəstək verməklə bir daha sübut etdi. Düşünürəm ki, Netanyahunun Bakı səfəri bütün parametrlər üzrə çox faydalı olacaq”.

Mənbə: Newscenter.Az-Süleyman

Aynur Camal

Oxşar xəbərlər

Regional Təhsil İdarəsinin yaranmasından bir il ötür

Nigar Məmmədova

“Oftalmologiyanın müasir aspektləri”- 101 il

Aynur Camal

“Agent” əməliyyatı – 9 nəfər nəzarətə götürülüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu