Mədəniyyət

Azərbaycan Mədəniyyəti platforması “Şuşadan Dünyaya” layihəsində uğurla çıxış etdi

“Şuşadan Dünyaya” layihəsi çərçivəsində Şuşa şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Turkustan.az xəbər verir ki, avqustun 22-də Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şuşa Rayon Mədəniyyət Evinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Şuşa Şəhər Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa şəhərində, Natəvan bağında “Şuşadan Dünyaya” adlı tədbir keçirilib.

Tədbirdə Şuşa şəhərinin sakinləri və şəhərin qonaqları iştirak ediblər.

Layihə çərçivəsində Azərbaycan Mədəniyyəti sosial şəbəkə platformasının fəal solistləri Lalə Hüseynova və Ədilə Əliyeva tərəfindən rəngarəng musiqi nömrələri, folklor nümunələri təqdim olunub. Həmçinin tədbir iştirakçıları üçün viktorina və müxtəlif mədəni çıxışlar təşkil edilib.

Tədbir iştirakçıların asudə vaxtının səmərəli və maraqlı keçirilməsinə, milli musiqimizin, folklorumuzun və mədəni irsimizin təbliğinə xidmət edib.

Qeyd edək ki, “Şuşadan Dünyaya” layihəsinin ideya müəllifi və bədii rəhbəri Orxan Mövlandır.

Mənbə: Turkustan.Az

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Əli Hüseynov UTSAF-ın Azərbaycan nümayəndəsi təyin edildi

Elnarə Dərziyeva

Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

Aynur Camal

Güngör Yavuzaslan: “Qüdsün kitabını yazmalıyam”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu