Sosial

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışdı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İspaniyanın Barselona şəhərində keçirilən Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) 30-cu illik konfransı və Baş Assambleyasında iştirak edib.

Bugun.tv– xəbər verir ki, tədbirdə ENOC-a üzv 32 ölkənin ombudsmanları və uşaq hüquqları üzrə müvafiq qurumların rəhbərləri, ekspertlər və uşaqlar iştirak ediblər.

Konfransda çıxış edən Ombudsman Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət, o cümlədən energetik içkilərin uşaqlar tərəfindən istifadəsi ilə bağlı aparılmış təhlil və hazırlanmış təkliflər, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması ilə bağlı təşəbbüslər barədə məlumat verib.

Səbinə Əliyeva, həmçinin “Uşaq Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən, uşaqların rəqəmsal təhlükəsizliyinə dair videoçarx və uşaq hüquqları və Ombudsmanın rolu barədə hazırlanmış vəsaitdən bəhs edib. Ombudsmanın təkliflərinin uşaq hüquqları ilə bağlı qanunvericilik aktlarında nəzərə alındığı diqqətə çatdırılıb.

Tədbirdə ENOC-a üzv təsisatların fəaliyyəti, Şəbəkənin gələcək fəaliyyət istiqamətləri və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Ombudsman Aparatının əməkdaşları Barselonada zorakılıq qurbanı olan uşaqlar üçün fəaliyyət göstərən “Barnahus” mərkəzini ziyarət edərək, onun fəaliyyəti ilə tanış olublar.

Mənbə: BTVxeber

Aynur Camal

Oxşar xəbərlər

Payız mövsümünə özəl: Kosmetoloji prosedurlara 20 faiz endirim elan edildi

Elnarə Dərziyeva

Elmir Səfərli: Xəzər Universiteti ilə əməkdaşlıq tələbələrin praktiki hazırlığına töhfə verəcək

Aynur Camal

Avokadonu günün hansı vaxtında yemək daha faydalıdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu