Digər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım yolladı 

Bugun.tv xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

Qızıl Aypara Cəmiyyəti yardım yolladı
Humanitar yardım

 

“Avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalamışıq. Bəyanatımızın fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Həmin bəyanatdan sonra bu məsələ diqqətimizdədir və hazırda humanitar yardım göndəririk. Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”, – bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.

Təşkilat rəhbəri bildirib ki, bu addımın Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən

müsbət qarşılanacağına ümid edir: “Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Mənbə: AzərTac

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu