25 C
Baku
27 İyul 2024, 4:30
Baş xəbər

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
haqqında Əsasnamə”nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət
nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli
1087-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 61s nömrəli Sərəncamını

qərara alır:
1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 11 oktyabr
tarixli 23/09 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayətin növləri üzrə məhkumların sayı
haqqında” 10-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsına 245-ci və 250-
ci sətirlərdən sonra müvafiq olaraq aşağıdakı məzmunda 245-1-ci və 250-1-ci sətirlər
əlavə edilsin:
245-1
Azərbaycan Respublikasının ərazi bütövlüyünün
parçalanmasına yönələn atributları və ya simvolları nümayiş
etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya
gəzdirmə
281-1
250-1
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin,
hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud 284-2
dislokasiyası haqqında məlumatları yayma
2. “Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər
barədə” 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun
doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarında aşağıdakı dəyişikliklər
edilsin:
2.1. həmin qərarla təsdiq edilmiş “Birinci instansiya məhkəmələrində baxılmış
inzibati xətalar haqqında işlər barədə” 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı
forması üzrə:
2.1.1. 43-cü sətirdə (hər iki halda) “şəxsi istehlak miqdarında” sözləri “az
miqdarda” sözləri ilə əvəz edilsin;
2.1.2. 236-7 – 236-10-cu sətirlər 236-8 – 236-11-ci sətirlər hesab edilsin və 236-6-cı
sətirdən sonra (hər iki halda) aşağıdakı məzmunda 236-7-ci sətir əlavə edilsin:
236-7
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi
heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında məlumatların yayılması
614-1
2.2. həmin qərarla təsdiq edilmiş “Birinci instansiya məhkəmələrində baxılmış
inzibati xətalar haqqında işlər barədə” 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı
formasının doldurulmasına dair göstəriş”in 2-ci hissəsinin iyirmi ikinci abzasında “236-
10-cu” sözləri “236-11-ci” sözləri ilə əvəz edilsin.
3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn
məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji
planlaşdırma şöbəsinə həvalə olunsun

Bugün TV

Oxşar xəbərlər

Boliviyada rekord miqdarda – 8,7 ton kokain müsadirə olundu

İntizar Əmirova

Fabrikdə parça maşınına ilişən işçi həyatını itirdi

Bugün TV

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu