Bugun.tv -xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 17 may 2025-ci il tarixində Azərbaycan Retinoloqlarının 9-cu Konfransı Lənkaran şəhərində keçiriləcək.
Tədbirin əsas məqsədi torlu qişa (retina) xəstəlikləri sahəsində aparılan elmi-tibbi araşdırmaların paylaşılması, bu sahədə əldə edilən nailiyyətlərin müzakirəsi, eləcə də regionlarda çalışan retinoloq və oftalmoloqların ən son diaqnostik və müalicəvi yeniliklərə çıxışını təmin etməkdir. Konfrans həmçinin bu sahədə çalışan həkimlər arasında təcrübə mübadiləsinin təşviqini və peşəkar əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Konfrans təşkilat komitəsinin sədri t.e.d. Müşfiq Kərimovdur. Heyət üzvləri t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, dr. Ceyhun Nəzərli, t.e.d. Yazgül Abdiyevadır.
Konfransın açılışı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımovun giriş nitqi ilə başlayacaq. Daha sonra konfransın Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru Müşfiq Kərimov çıxış edəcək
QEYD: Konfrans çərçivəsində aşağıdakı mövzular ətrafında mütəxəssislər tərəfindən təqdimatlar keçiriləcək və geniş elmi müzakirələr aparılacaq:
- • Optik neyropatiyalarda optik koherens tomoqrafiya (OKT) müayinəsinin xüsusiyyətləri
- • Vərəm uveiti və onun diaqnostik yanaşmaları
- • Eksimer lazer cərrahiyyəsindən sonra torlu qişanın qopması halları və profilaktik tədbirlər
- • 1-ci və 2-ci tip makulyar teleangiektaziyaların klinik xüsusiyyətləri və müalicə strategiyaları
- • Torlu qişanın irsi xəstəliklərinin diaqnostikasında flüoressein angioqrafiyasının əhəmiyyəti və tətbiqi.
NƏ VAXT, HARADA:
Tarix: 17 may 2025-ci il Saat: 09:00
Məkan: Lənkəran şəhəri, Spring otel, Konfrans zalı
ƏLAQƏ:
Mob: (+994) 50 316 26 42 | (+994) 50 356 51 81
E-mail: khalid.aliyev@yahoo.com | akhundova.lale@gmail.com