17 C
Baku
20 Aprel 2025, 17:06
Baş xəbər

Azərbaycan səhiyyəsinin fədakar siması

“15 aprel akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə xanım Azərbaycan tibb elmi üçün əvəzsiz xidmətəri ilə böyük işlər görmüş və ölkə səhiyyəsinin inkişafında müstəsna rol oynamışdır. Onun fədakar həkim kimi xidmətlərini Azərbaycan xalqı daim xatırlayacaq”.

Bugun.tv xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdır: “Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşımışdır. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmişdir”.

V.İskəndərov qeyd edib ki, dünya şöhrətli oftalmoloq Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Onun bu fədakarlığı sayəsində belə bir xəstəliyin daha geniş yayılmasının qarşısını almaq mümkün oldu. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş və ölkəmiz bu xəstəlikdən xilas olmuşdur. Zərifə xanım təkcə elmi fəaliyyəti ilə yox, həmçinin humanist yanaşması ilə də cəmiyyətimizin daim rəğbətini qazanmışdır. Onun kimsəsiz uşaqlara qayğısı, gənc oftolmoloqlara, həm mütəxəssis həm də bir ana kimi yanaşması səhiyyə sahəsində çalışanlar üçün bir nümunə idi”.

Aynur Camal

Oxşar xəbərlər

Son 48 saatda həyata keçirdiyi hücumlarda 96 nəfəri öldürüldü

Aynur Camal

Şahin Cavadov “ÖTEKİ YÜZ” serialında baş rola seçildi – Azərbaycan-Türkiyə ortaq layihəsi gündəmə damğa vurur

Aynur Camal

İsrailin Qəzzaya etdiyi hücumlarda tamamilə dağılan evlərin sayı 32 min oldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu