Azərbaycan-Türkmənistan ticarət dövriyyəsi 208 milyon dollar oldu
Baş xəbər

Azərbaycan-Türkmənistan ticarət dövriyyəsi 208 milyon dollar oldu

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri və Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı ilə bağlı paylaşım edib.

Vüqar Bayramov öz sosial media hesabında bildirib ki, Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq son illərdə daha da güclənir. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 208 milyon dollar təşkil edib. Türkmənistan Mərkəzi Asiyada Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.

Mərkəzi Asiya ilə ticarət 50 faizdən çox artıb

Deputat qeyd edib ki, 2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ümumi ticarət dövriyyəsi 1 milyard 765 milyon dolları keçib. Bu, 2024-cü ildə qeydə alınan 1 milyard 152 milyon dollarla müqayisədə 50 faizdən çox artım deməkdir.

Vüqar Bayramov Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında beynəlxalq yükdaşımaların da sürətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Orta Dəhliz vasitəsilə region üzərindən daşınan yüklərin həcmi 2026-cı ilin ilk səkkiz ayında 20 faiz artıb.

Deputatın fikrincə, yükdaşımaların artması qardaş türk dövlətlərinin valyuta gəlirlərinin yüksəlməsinə də imkan yaradır.

Vüqar Bayramov hesab edir ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin daha da dərinləşməsinə və qarşılıqlı əlaqələrdə yeni səhifənin açılmasına səbəb olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Elmir Səfərli: Xəzər Universiteti ilə əməkdaşlıq tələbələrin praktiki hazırlığına töhfə verəcək

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana xarici investisiyaların cəlb edilməsində artım müşahidə olunur

Aynur Camal

Antalya 77-ci Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu