25 C
Baku
27 İyul 2024, 4:11
Baş xəbər

Azərbaycan vətəndaşları Türkiyədə 5 məntəqədə səs verirlər

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində prezident seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Bugun.tv xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı baş konsulluğunda 53 və 54, Qarsdakı baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Azərbaycanlılar səsverir
Türkiyədə səsvermə

Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ümumiyyətlə hazırda Türkiyədə olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.

Türkiyədə səsvermə
Türkiyədə 5 məntəqədə səsvermə keçirilir

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqələr lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub.

Qeyd edək ki, diplomatik nümayəndəliklərimizin əhatə dairələrində azərbaycanlıların seçki məntəqələrinə rahat gəliş-gedişini təmin etmək üçün xüsusi avtobus səfərləri təşkil olunub.

Mənbə: Azərtac

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycan, İran və Rusiya beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcəklər

Aynur Camal

“Blue Carbon” sərgisində rif balıqlarının unikal mahnıları təqdim olundu

Teymur Əziz

Jurnalistlər qəzaya düşdü: 1 ölü, 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu