Image default
Sosial

Azərbaycanda əlil arabalı şəxslər üçün hazırlanmış ilk elektrik nəqliyyat vasitəsi təqdim olundu

Bugun.tv xəbər verir ki, Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış əlil arabalı şəxslər üçün ilk elektrik nəqliyyat vasitəsinin (ENV) təqdimatı keçirilib.

Məlumata görə, iyunun 29-da Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan gənclərə yeni nəqliyyat vasitəsinin nəzəri və praktiki təqdimatı təşkil olunub. Layihə Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyi tərəfindən həyata keçirilir və inklüziv şəhər nəqliyyatı sahəsində mühüm yenilik kimi qiymətləndirilir.

Elektrik mühərriki ilə işləyən ENV fiziki məhdudiyyətli şəxslərin şəhər mühitində təhlükəsiz, rahat və müstəqil hərəkətini təmin etmək məqsədilə hazırlanıb. Layihə həm sosial inklüzivliyin gücləndirilməsi, həm də ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi baxımından əhəmiyyət daşıyır.

Bildirilib ki, nəqliyyat vasitəsi ekoloji cəhətdən təmiz elektrik sistemi, şəhər daxilində təhlükəsiz və komfortlu hərəkət imkanı, əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış xüsusi dizaynı, yerli istehsal və milli mühəndislik həlli, eləcə də enerjiyə qənaət edən müasir texnologiyaları ilə seçilir.

Layihə müəllifləri qeyd ediblər ki, bu təşəbbüs təkcə yeni nəqliyyat vasitəsinin yaradılması deyil, həm də sosial məsuliyyətin, inklüzivliyin və texnoloji inkişafın təşviqinə xidmət edir. Gələcək mərhələdə ENV-nin daha da təkmilləşdirilməsi, kütləvi istehsalının təşkili və beynəlxalq bazarlara çıxarılması planlaşdırılır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Aynur Camal

Oxşar xəbərlər

Soyuq su ilə hazırlanan ilk hazır əriştə Yaponiyada satışa çıxarılır

Aynur Camal

Ceyhun Məmmədov: Müəllimin geyimi məktəbin nüfuzuna və peşə etikasına uyğun olmalıdır

Aynur Camal

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu