Sosial

Azərbaycanın qlobal diplomatik uğuru: WUF13 Liderlər Sammiti beynəlxalq əməkdaşlıq üçün yeni platformaya çevrildi

Bugun.tv xəbər verir ki, Dünya Şəhər Forumu 13 çərçivəsində ilk dəfə təşkil olunan Liderlər Sammiti Azərbaycanın beynəlxalq siyasi və diplomatik nüfuzunun növbəti mühüm göstəricisi kimi diqqət çəkib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüş şəhərsalma məsələlərinin müzakirəsi ilə yanaşı, qlobal çağırışlara qarşı birgə fəaliyyətin təşviqi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilib.

Mayın 18-də keçirilən sammitdə dünyanın müxtəlif regionlarını təmsil edən 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və nüfuzlu nümayəndələr iştirak ediblər. Tədbir çərçivəsində urbanizasiya proseslərinin idarə olunması, iqlim dəyişikliklərinin şəhərlərə təsiri, sosial dayanıqlılıq, innovativ infrastruktur modelləri və müasir şəhər idarəçiliyi ilə bağlı məsələlər geniş müzakirə olunub.

Çıxış edən liderlər qlobal inkişaf prosesində şəhərlərin rolunun artdığını vurğulayaraq, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Sammitin ilk dəfə keçirilməsi və təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürülməsi Prezident İlham Əliyevin beynəlxalq gündəlikdə aktual məsələlərin müzakirəsinə verdiyi önəmin göstəricisi kimi dəyərləndirilib.

Qeyd olunub ki, son illərdə Azərbaycanın regional və qlobal miqyasda həyata keçirdiyi təşəbbüslər, xüsusilə çoxtərəfli diplomatiyanın təşviqi istiqamətində atdığı addımlar ölkənin beynəlxalq münasibətlər sistemində strateji mövqeyini daha da möhkəmləndirib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən modernləşmə siyasəti, şəhər infrastrukturlarının yenilənməsi, ekoloji layihələr və rəqəmsal idarəetmə mexanizmləri də diqqət mərkəzində olub. Xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılandığı bildirilib.

Sammit iştirakçıları Azərbaycanın yüksək təşkilatçılıq imkanlarını, təhlükəsizlik və logistika sahəsində yaradılmış əlverişli şəraiti xüsusi vurğulayaraq, ölkənin beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində formalaşdırdığı uğurlu təcrübəni yüksək qiymətləndiriblər.

Bildirilib ki, WUF13 çərçivəsində keçirilən Liderlər Sammiti Azərbaycanın beynəlxalq humanitar və siyasi dialoq məkanı kimi mövqeyini daha da gücləndirib və dayanıqlı inkişaf məqsədləri üzrə beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova 

Aynur Camal

Oxşar xəbərlər

Xalq artisti Gülyanaq Məmmədovadan anasız uşaqlara həsr olunan yeni layihə – “ANA həsrəti”

Aynur Camal

Mütəxəssis məzunlara dəbdəbəli libaslardan imtina etməyi tövsiyə etdi

Aynur Camal

WUF13 çərçivəsində ilk dəfə Liderlər Sammiti keçirildi: qlobal şəhərsalma gündəliyində yeni mərhələ

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu