Vüqar Bayramov, Azərbaycan-Ermənistan ticarəti, İlham Əliyev, Nikol Paşinyan, Dublin görüşü, sülh gündəliyi, iqtisadi əməkdaşlıq, regional ticarət
Baş xəbərSiyasət

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Bugun.tv xəbər verir ki, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi iqtisadi və ticari əlaqələrin inkişafına da müsbət təsir göstərir. İki ölkə arasında mövcud ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün perspektivlər var.

Bu barədə deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşdığı şərhdə bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə sülh gündəliyinin irəlilədilməsi, iqtisadi-ticari münasibətlərin inkişafı və nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Vüqar Bayramovun sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi 17 milyon 603 min dollar təşkil edib. Həmin müddətdə Ermənistandan Azərbaycana idxalın həcmi cəmi 1 min dollar olub.

Deputatın açıqladığı məlumatlara əsasən, iki ölkə arasında beş məhsul kodu üzrə ticarət əməliyyatları aparılıb. Ermənistandan Azərbaycana buket və dekorativ məqsədlər üçün yararlı təzə qızılgüllər gətirilib. Azərbaycan isə Ermənistana müxtəlif növ mühərrik yanacaqları, ağır distilyatlar, qazoyllar və plastmas inşaat detalları ixrac edib.

İxrac olunan plastmas inşaat detallarının dəyəri 583 min dollar, ağır distilyatların, o cümlədən dizel yanacağının dəyəri isə 14 milyon 261 min dollar olub.

Deputat vurğulayıb ki, Dublində keçirilən görüşdə iqtisadi və ticari əlaqələrin genişləndirilməsi, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi imkanlarının müzakirəsi regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Onun fikrincə, sülh gündəliyinin irəliləməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına da şərait yarada bilər.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Məhəmməd Əsədullazadə: Dublindəki görüş Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulmasına zəmin yarada bilər

Aynur Camal

Bakıda Hindistan kinosunun məşhur filmi nümayiş etdiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu