27 C
Baku
18 İyun 2025, 19:17
Mədəniyyət

Azərbaycanlı aktyor Tural Ələkbərov Türkiyə Gənclik Ödüllərində fəxri qonaq kimi iştirak edib

Bugun.tv xəbər verir ki, aktyor və təşkilatçı Tural Ələkbərov bu yaxınlarda İstanbulda keçirilən nüfuzlu Türkiyə Gənclik Ödülləri (Türkiye Gençlik Ödülleri) mərasimində fəxri qonaq kimi iştirak edib.

Tədbir zamanı o, bir sıra tanınmış simalara mükafatları təqdim etmək şərəfinə layiq görülüb. Gecə boyunca Azərbaycanı layiqincə təmsil edən Tural Ələkbərov, iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində önəmli bir sima kimi diqqət çəkib.

Mərasim Türkiyənin mədəniyyət, incəsənət və ictimai həyat sahəsində fərqlənən gənclərinin təltif olunduğu mühüm platformadır.

Tural Ələkbərov bu münasibətlə bildirib:
“Bu dəyərli tədbirdə iştirak etmək və qardaş Türkiyənin sənət adamları ilə bir arada olmaq mənim üçün böyük qürurdur. Gələcəkdə də bu cür layihələrdə iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə verməyə hazıram.”

Tədbirə dəvət olunduğu üçün təşkilatçılara və şəxsən Maksud Coşqun Dokunulmaz bəyə dərin minnətdarlığını bildirib və belə nüfuzlu mərasimdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

“Bu Novruz başqa oldu…”

Şükufə Ramizqızı

Akademik Musiqili Teatrda Yeni il ərəfəsi premyera – “Sehrli nəğmə”

Şükufə Ramizqızı

Türkiyəli rejissor “Yarat”da görüş keçirib.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu