Baş xəbərSiyasət

Azərbaycan Brüssel formatını dəstəkləyir

“Azərbaycan Brüssel formatını dəstəkləyir.”   Bugün.tv xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşündə deyib.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev Şarl Mişele vasitəçilik missiyasına görə təşəkkür edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Brüssel formatını dəstəkləyir.

Şarl Mişel bununla əlaqədar Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Söhbət zamanı tərəflər gələn ay Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüşün gündəliyini müzakirə ediblər.

Bugün TV

Oxşar xəbərlər

Elmir Səfərli: Xəzər Universiteti ilə əməkdaşlıq tələbələrin praktiki hazırlığına töhfə verəcək

Aynur Camal

Azərbaycan-Türkmənistan ticarət dövriyyəsi 208 milyon dollar oldu

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana xarici investisiyaların cəlb edilməsində artım müşahidə olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu