28 C
Baku
16 Sentyabr 2026, 15:28
Digər

Azərbaycan–Çexiya iqtisadi əməkdaşlığında yeni mərhələ: Qəbələ forumu və artan ticarət dövriyyəsi

BugunTV xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes forumu ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, forum İlham ƏliyevAndrey Babišin iştirakı ilə baş tutub və tədbirdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, iqtisadi əlaqələrin şaxələndirilməsi və xüsusilə qeyri neft-qaz sektoru üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur.

Ceyhun Məmmədov qeyd edib ki, 2025-ci ildə Azərbaycan ilə Çexiya arasında 841 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Həmin dövrdə iki ölkə arasındakı ticarət dövriyyəsi 814 milyon dollar təşkil edib ki, bunun 745 milyon dolları ixracın, 69 milyon dolları isə idxalın payına düşüb.

Deputatın sözlərinə görə, Azərbaycan Çexiyadan əsasən dərman vasitələri, qənnadı məhsulları, natrium sianidlər, minik avtomobilləri üçün rezin şinlər, plastik borular, metal konstruksiyalar, immunoloji məhsullar, santexnika məmulatları və maqnezium sulfat idxal edir.

Paylaşımda o da vurğulanıb ki, Azərbaycanın Çexiyaya ixracının böyük hissəsini xam neft və neft məhsulları təşkil edir. Belə ki, ötən il ölkəmiz Çexiyaya 742,2 milyon dollar dəyərində neft və neft məhsulları ixrac edib.

Deputat hesab edir ki, Çexiya Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yarada bilər.

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu