Baş xəbərDigərSəhiyyə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciəti

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə bildirilir ki, qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəmizdə mövsümi qripə qarşı vaksinasiya kampaniyası davam edir.

Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaq və böyüklərin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.

Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi risk qrupuna aid ölkə vətəndaşlarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Finlandiya öz ərazisində NATO nüvə silahlarını yerləşdirməyə çalışmır

Aynur Camal

Hesabı ödəyən şəxsi izləyərək onun 8500 manatını əlindən alan şəxslər saxlanıldı

Aynur Camal

Livana havadan hücum edildi: 7 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu