Baş xəbərKriminal

Tapança satmaqda şübhəli bilinən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaq şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılıaraq şöbəyə gətirilib. Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu