Baş xəbərSiyasət

Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Oman münasibətlərini yeni səviyyəyə qaldırır

Azərbaycan və Oman xarici işlər nazirləri arasında görüş keçirilib və iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycanın Omanda səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafına kömək edəcək.

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşləri naziri Ceyhun Bayramov Omanın Xarici İşlər naziri Bədr bin Həməd əl-Busaidi ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Görüş nazir C.Bayramovun Özbəkistana işgüzar səfəri çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini və Azərbaycan ilə Oman arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, enerji, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və qarşılıqlı səfərlərin yüksək səviyyədə həyata keçirilməsinin əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir və Omanda səfirliyimizin yaradılması qərarı münasibətlərə əlavə təkan verəcək.

Azərbaycan Respublikası Xarici İşlər Naziri

Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Bildirilib ki, Azərbaycanda keçiriləcək COP29 Konfransı iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkanlar açacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dənizçi Günü münasibətilə tədbir keçirilib

Nigar Məmmədova

Polis hüquqpozmalara qarşı tədbirlər keçirtdi

Nigar Məmmədova

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ötən gün də davam etdirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu