Image default
Baş xəbər

“Azərbaycan və Türkiyə rəsmilərinin mütəmadi görüşlər keçirməyi mühüm əhəmiyyətə malikdir”-ŞƏRH+ÖZƏL

“Azərbaycan və Türkiyə strateji tərəfdaşdırlar. Və bu baxımdan hər iki ölkənin müxtəlif rəsmilərinin, eyni zamanda dövlət başçılarının mütəmadi görüşlər keçirməyi mühüm əhəmiyyətə malikdir. Belə həssas bir dövrdə Azərbaycan Türkiyəyə həm dövlət olaraq, həm də xalq olaraq dəstəklər göstərir. Bu dəstəklər fonunda Cənab Prezidentin bu gün həftəsonu Türkiyə səfərinin vacib olduğunu düşünürəm”.

Bu fikri Bugun.tv-yə özəl açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, tərəflər arasında Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bundan sonra ortaq hansı addımların atılması məsələsi müzakirə ediləcək.

“Hesab edirəm ki, bu səfərdən sonra həm də Azərbaycandan Türkiyəyə gedən yardım paketlərinin və eyni zamanda, bütövlükdə  yardımın bundan sonra növbəti bir mərhələsi elan olunacaq. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparır. Türkiyə isə təbii fəlakət nəticəsində yaranmış fəsadın nəticələrini aradan qaldıracaq. Bu baxımdan iki ölkənin qardaşlığının bundan sonra üçün də xüsusi əhəmiyyəti var”,- politoloq vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu