Baş xəbərİqtisadiyyat

Azərbaycan və Türkmənistan arasında 199 məhsul növü üzrə ticarət aparıldı

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin genişlənməsi üçün böyük potensialın olduğunu bildirib.

Deputat sosial media hesabında paylaşdığı məlumatda qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarında iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb. Onun sözlərinə görə, imzalanan sənədlər iki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək.

V.Bayramov vurğulayıb ki, əsas prioritet qeyri-neft-qaz sektoru üzrə əməkdaşlığın genişləndirilməsidir. O bildirib ki, 2026-cı ilin ilk dörd ayında Azərbaycan Türkmənistandan əsasən reaktiv mühərriklər üçün kerosin yanacağı, azot gübrələri, kimyəvi çevrilmələr üçün maye yanacaq, sürtkü yağları, şokolad məhsulları və qablaşdırma materialları idxal edib.

Deputatın sözlərinə görə, Azərbaycan isə qardaş ölkəyə ağ şəkər və kimyəvi təmiz saxaroza, polad məhsulları, sürtkü yağları, kərə yağı, qazoyl və dizel yanacağı ixrac edib.

Vüqar Bayramov qeyd edib ki, hesabat dövründə Azərbaycan və Türkmənistan arasında ümumilikdə 199 məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. O hesab edir ki, qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə və əməkdaşlıqda yeni səhifənin açılmasına imkan yaradacaq.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Türkmənistan Prezidentinin səfəri Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ açır

Aynur Camal

Messi, Mbappe, yoxsa Haaland? Dünya Çempionatının bombardiri uğrunda yarış qızışır

Aynur Camal

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu