26 C
Baku
28 Sentyabr 2026, 15:29
Baş xəbərDünya

Vespa skuterinin 80 illiyi qeyd olundu

İtaliyanın paytaxtı Romada əfsanəvi Vespa skuterinin 80 illiyi münasibətilə minlərlə motosiklet həvəskarı bir araya gəlib.

Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar tarixi şəhər küçələrində yürüş edərək məşhur İtaliya brendinin yubileyini qeyd ediblər.

“Vespa Roma 2026 – 80 Years of an Icon” adlı tədbir iyunun 25–28-də keçirildi. Bayram çərçivəsində sərgilər, paradlar, canlı musiqi proqramları və nadir Vespa modellərinin nümayiş olunduğu “Vespa Village” təşkil edilib.

Yubiley paradında təxminən 25 min Vespa sürücüsü iştirak edib. Onlar Kolizey, Roma Forumu və digər tarixi məkanların önündən keçərək şəhərin mərkəzində rəngarəng yürüş təşkil ediblər. Tədbirə 68 ölkədən Vespa klublarının nümayəndələri qatılıb.

İlk dəfə 1946-cı ildə istehsal olunan Vespa İkinci Dünya müharibəsindən sonra İtaliyada əlverişli nəqliyyat vasitəsi kimi yaradılıb. Sonrakı illərdə isə bu skuter İtaliya dizaynının, həyat tərzinin və azadlığın simvollarından birinə çevrilib. Bu günədək dünyada təxminən 20 milyon Vespa satılıb.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Xarici sərmayələrin artması qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq

Aynur Camal

Məhəmməd Əsədullazadə: SEPAH-ın Hörmüzdəki hücumları danışıqlar prosesi ilə bağlı suallar yaradır

Aynur Camal

Çin ABŞ kənd təsərrüfatı məhsullarına rüsumları azaltmağa hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu