10.7 C
Baku
27 Mart 2025, 20:31
Digər

“Bəziləri kimi sonradan gəlib müğənnilik etmirəm, 3 yaşımdan oxuyuram”-FOTO

 

“Səhnədə şou göstərmək, maraqlı olmaq vacibdir. Bu gün sənətə gəlsəydim bəlkə də mən nələr edərdim. Boynuma alıram. Mən muğam təhsili almışam, İslam Rzayevlə duet oxumuşam. Səslə yanaşı şou da olmalıdır. Biri məclisə daxil olur, görürsən ki, yanında 10-15 rəqqasə var. Bu zəmanənin tələbidir. Çünki tamaşaçılar da bizdən bunu gözləyir” Bunu Bugüntv.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra əlavə edib.

“Mən anadan olandan müğənni olmuşam. Bəziləri kimi sonradan gəlib müğənnilik etməmişəm. Evdəkilər danışır ki, 3 yaşım olandan oxuyuram. Çox ağlağan uşaq olmuşam, anam musiqi ilə məni sakitləşdirib. Qarmon sinfinə getmişəm, festivallar laureatı olmuşam” deyə müğənni bildirib.

Müğənni sosial şəbəkələrdən də danışıb.

“Hələ ki, məni pisləyən olmayıb. Təbii ki, hamı mənə yaxşı da deyə bilməz. Çünki hər kəsin öz fikri var. Heç hamının da mənə yaxşı deməyini istəmirəm” deyə müğənni bildirib.

Oxşar xəbərlər

Azad olunmuş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

Bugün TV

Ekoloji maarifləndirmə kampaniyaları təşkil olunacaq

Aynur Camal

İsrail Hələb aeroportuna havadan zərbələr endirdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu