Dünya

“Bəşəriyyət qlobal fəlakətin astanasındadır”

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, silahlı münaqişələrin və nüvə gücləri arasında qarşıdurmanın alovlanması səbəbindən bəşəriyyət qlobal fəlakətin astanasındadır.

Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun plenar iclasında deyib: “Ümumi ekspert qiymətləndirməsi bəşəriyyətin qlobal fəlakətin astanasında olmasıdır: “Və bu saat mexanizminin əsas mənbəyini bütün dünyada tüğyan edən silahlı münaqişələr, nüvə gücləri arasında qarşıdurma və  qlobal problemlərin kəskinləşməsi təşkil edir”.

Qeyd olunub ki, Mayın 19-dan 21-dək Sankt-Peterburqda XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu keçirilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu