Digər

BAEA nümayəndə heyətinin Tehrana səfəri başlayır

İranın xarici işlər naziri bazar günü bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktor müavini bazar ertəsi Tehrana səfər edəcək.

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Nazirlər Kabinetinin iclasından sonra IRNA agentliyinə müsahibəsində deyib: “Baş direktor Rafael Qrossinin müavini avqustun 11-də Tehrana gələcək, halbuki bizim əvvəlki kimi hər hansı bir nüvə obyektinə səfər etmək planımız yoxdur və ikitərəfli əməkdaşlığımız başlamayacaq. Əməkdaşlıq çərçivəsini müəyyən etmək üçün bazar ertəsi BAEA ilə danışıqlar aparılacaq”. O, həmçinin vurğulayıb ki, Tehranın bu sahədə Avropa ölkələri ilə təmasları davam edir. Nazirin sözlərinə görə, “avropalılar əvvəlki öhdəlikləri gündəmə gətirirlər, amma indi onlar aktual deyil və 2015-ci ildə imzalanmış saziş də öz qüvvəsini itirib”.

Bu il iyunun 25-də İran parlamenti BAEA-nı İsrail və ABŞ-la birgə Tehrana qarşı qərəzli münasibətdə ittiham edərək BMT-nin nüvə proqramı ilə əməkdaşlığı dayandıran qanun qəbul edib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu