26 C
Baku
20 Sentyabr 2026, 14:32
Digər

Türkiyə Nazirlər Kabineti Azərbaycan-Ermənistan sülh prosesini və Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək

Türkiyə Nazirlər Kabinetinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək bugünkü iclasının gündəliyinə Azərbaycan-Ermənistan sülh prosesi və Zəngəzur dəhlizinin açılması məsələləri də daxil edilib.

Bugun.tv xəbər verir ki, hökumət üzvləri paytaxt Ankaranın “Beştepe” rayonunda yerləşən Prezident sarayında toplaşacaq.

Türkiyə mediasında yer alan xəbərlərə görə, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilmiş görüşünün yekunları, həmçinin tərəflər arasında imzalanmış sənədlərin sabitliyə və regionda ticari münasibətlərə təsiri müzakirə ediləcək.

İclasda, həmçinin parlamentdə aparıcı siyasi partiyaların deputatlarının iştirakı ilə xüsusi komissiyanın da yaradıldığı “Terrorsuz Türkiyə” prosesi ətrafında fikir mübadiləsi aparılacaq.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu