13 C
Baku
23 Aprel 2026, 0:01
Digər

Bağırsaq iltihabına qarşı təbii maddə aşkar edildi

Yapon alimləri bağırsaq iltihabına qarşı potensial təsirə malik yeni təbii maddə müəyyən ediblər. Araşdırmaya görə, qara biyan kökündə olan qlitsirrizin maddəsi iltihabi bağırsaq xəstəliklərinin, o cümlədən Kron xəstəliyinin müalicəsində perspektivli hesab olunur.

Tədqiqat Tokio Universiteti alimləri tərəfindən aparılıb. Onlar kök hüceyrələrdən istifadə edərək insan bağırsağının modelini yaradıblar və iltihabı simulyasiya etmək üçün hüceyrələri xüsusi zülalın təsirinə məruz qoyublar.  Nəticədə müəyyən edilib ki, qlitsirrizin bağırsaq hüceyrələrinin məhvinin qarşısını əhəmiyyətli dərəcədə alır və iltihabı azaldır. Bu təsir həm laboratoriya şəraitində, həm də siçanlar üzərində aparılan təcrübələrdə təsdiqlənib.

Alimlər qeyd edirlər ki, bu maddə iltihabi bağırsaq xəstəliklərinin müalicəsi üçün yeni istiqamət aça bilər. Bununla belə, onun insanlarda effektivliyi və mümkün yan təsirləri ilə bağlı əlavə klinik tədqiqatlara ehtiyac var.

Mütəxəssislər bildirir ki, qara biyanın həddindən artıq istifadəsi bəzi hallarda qan təzyiqinin artmasına və elektrolit balansının pozulmasına səbəb ola bilər.

Araşdırmanın nəticələri Stem Cell Reports jurnalında dərc olunub.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tokayev: Aral gölünün quruyan hissəsindən yayılan duz və kimyəvi maddələr sərhədləri aşır

Aynur Camal

Xristian əhalisi azalır? İsrail siyasəti ilə bağlı narahatlıqlar artır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Aİ-nin Ukraynaya yardımlarının artması Rusiyaya təzyiqi gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu