15 C
Baku
27 Aprel 2026, 15:27
Digər

Bahalaşan qəhvə səbəbindən yeni trend: dırip-paketlərə keçid artır

Dünyada və əsasən də Rusiyada qəhvə qiymətlərinin artması istehlakçı vərdişlərini dəyişməyə başlayıb. Son aylarda insanlar ənənəvi qəhvə əvəzinə daha ucuz və praktik variant olan dırip-paketlərə (birdəfəlik filtrli qəhvə paketləri) üstünlük verirlər.

Məlumata görə, bu paketlərdə üyüdülmüş qəhvə hazır filtr formasında təqdim olunur və evdə və ya ofisdə xüsusi aparat olmadan tez dəmlənə bilir.

ONLAYN SATIŞLAR ARTIB

2026-cı ilin yanvarında Rusiyanın iri onlayn platformalarından Ozon üzərindən dırip-qəhvə sifarişlərinin həcmi 4,2 milyon rubla çatıb. Bu isə göstərir ki, məhsul artıq sadəcə trend deyil, qənaət məqsədli alternativə çevrilib.

QƏHVƏ MƏDƏNİYYƏTİ EVƏ KEÇİR

Statistikaya görə, hazırda Rusiyada əhalinin 58%-i qəhvəni evdə içməyə üstünlük verir, yalnız 16%-i isə kafelərə gedir.

Chizhik Index məlumatına əsasən, 2025-ci ilin yayında qəhvənin orta qiyməti 12% artaraq 830 rubl olub. Taxıl qəhvənin orta çeki isə 1508 rubla yüksəlib.

NİYƏ DİRİP-Paketlər POPULYARDIR?

Mütəxəssislərin fikrincə, dırip-paketlər:

  • xüsusi aparat tələb etmir
  • az yer tutur
  • hazır qəhvədən daha keyfiyyətli ev alternativi kimi qəbul edilir
  • daha ucuz başa gəlir

Bu səbəbdən insanlar qəhvəxanalardan daha çox ev və ofis istifadəsinə keçir.

QİYMƏTLƏRİN ARTIM SƏBƏBİ

Qlobal bazarda qəhvə qiymətlərinin yüksəlməsi BrazilVietnam kimi əsas istehsalçı ölkələrdə məhsuldarlıq problemləri ilə əlaqələndirilir. Bundan əlavə, kafelərin icarə, əmək haqqı və vergi xərcləri də qiymət artımına təsir göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yaşam keyfiyyəti ən yüksək şəhərlər müəyyənləşdi

Aynur Camal

Vüqar Bayramov: Son səfərlər Azərbaycanın geosiyasi mövqeyinin gücləndiyini göstərir

Aynur Camal

Bir hərəkət 8 xroniki xəstəlik riskini azaldır – araşdırma

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu